Salyanda baş verən avtomobil qəzasında 6 nəfər xəsarət alıb

Salyanda baş verən avtomobil qəzasında 6 nəfər xəsarət alıb
# 10 oktyabr 2020 19:34 (UTC +04:00)

Salyan rayonunda baş verən avtomobil qəzası nəticəsində 6 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qaraçala kəndi ərazisində qeydə alınıb. Belə ki, mikroavtobusla VAZ markalı minik avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alaraq Şirvan və Salyan xəstəxanalarına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR