Salyanda bir ay əvvəl itkin düşən şəxsin meşədə asılmış meyiti tapılıb

Salyanda bir ay əvvəl itkin düşən şəxsin meşədə asılmış meyiti tapılıb
# 06 iyul 2020 16:32 (UTC +04:00)

Salyanda itkin düşən şəxsin intihar etdiyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bir ay əvvəl itkin düşən Salyan rayonunun Beştalı kənd sakini, 1970-ci il təvəllüdlü Quliyev Aqil Qulu oğlu Kür çayı sahilində meşədə asılmış vəziyyətdə aşkar edilib.

Bir ay əvvəl evdən gedən A.Quliyev təxminən həmin vaxt da özünü asaraq intihar edib.

Faktla bağlı Salyan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR