Salyanda evdə 32 yaşlı qadının meyiti tapılıb

Salyanda evdə 32 yaşlı qadının meyiti tapılıb
# 03 may 2021 11:54 (UTC +04:00)

Salyanda evdə 32 yaşlı qadının meyiti aşkar edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan şəhərində evdə Cəlilabad sakini, 1989-cu il təvəllüdlü Quliyeva Fatimə Yusif qızının meyiti tapılıb. Meyit müayinə olunmaq üçün Salyan morquna yerləşdirlib. Onun hansı şəraitdə öldüyü hüquq-mühafizə orqanları tərəfindən araşdırlır.

Salyan rayon prokuroluğundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, həmin qadının yaşadığı evdə qəfləti ölüm faktı barədə prokurorluğa məlumat daxil olub. Meyit müayinə olunmaq üçün Salyan rayon Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirilib.

Meyitin üzərində heç bir xəsarət aşkar edilməyib. Hazırda meyitin daxili müayinəsi həyata keçirilir. Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR