Salyanda iki "VAZ" toqquşub, xəsarət alanlar var

Salyanda iki "VAZ" toqquşub, xəsarət alanlar var
# 25 iyun 2020 22:47 (UTC +04:00)

Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, "VAZ 2107" markalı və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində 3 qadın - Salyan rayon sakini, 1981-ci il təvəllüdlü Hüseynova Zümrüd Rafiq qızı, 2004-cü il təvəllüdlü Hüseyova Milana Ehtiram qızı və Sumqayıt sakini, 1967-ci il təvəllüdlü Qarayeva Nərgiz Səhhət qızı xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Salyan polis şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR