Salyanda öldürdüyü qadını kanala atan şəxs saxlanılıb

Salyanda öldürdüyü qadını kanala atan şəxs saxlanılıb
# 28 may 2020 15:05 (UTC +04:00)

Mayın 26-da Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən su kanalından baş nahiyəsində (küt alətlə) xəsarəti olan 45-50 yaşlı qadın meyiti tapılması ilə barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalarla meyitin Saatlı rayon sakini Şəhla İbrahimova olması müəyyən edilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Yenikənd kənd sakini, əvvəllər məhkum olunmuş R. Dadaşov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR