Salyanda qətl törədən şəxs saxlanılıb

Salyanda qətl törədən şəxs saxlanılıb
# 04 sentyabr 2020 09:37 (UTC +04:00)

Salyanda qətl törədən şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gün Salyan rayonunun Boranıkənd kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu qonşusu, 1979-cu il təvəllüdlü Əhədov Rəşad Sədyar oğlu tərəfindən bıçaqlanıb.

Bıçaqlanan şəxs Salyan rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsində əməliyyat olunaraq reanimasiya şöbəsinə köçürülüb. Bir müddət sonra çoxlu qan itirən yaralı aldığı ağır xəsarətlərdən orada keçinib.

Qətli törədən R. Əhədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Salyan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR