Salyanda yol polisi piyadalarla bağlı reyd keçirib, cərimələnlər var

Salyanda yol polisi piyadalarla bağlı reyd keçirib, cərimələnlər var
# 13 aprel 2021 10:54 (UTC +04:00)

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, reyd zamanı polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş piyadalar müəyyən edilib. Belə ki, mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, eyni zamanda, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.

Polis əməkdaşları tərəfindən ciddi qayda pozuntusuna yol vermiş bir neçə piyada barəsində inzibati qaydada tədbirlər yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR