Şamaxıda Avropa çempionunu öldürən idman müəlliminin məhkəməsi başlayır

Şamaxıda Avropa çempionunu öldürən idman müəlliminin məhkəməsi başlayır
# 14 iyul 2020 09:30 (UTC +04:00)

Şamaxıda Avropa çempionunu öldürməkdə təqsirləndirilən Orxan Hacıyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barədə toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Xatırladaq ki, hadisə bu il fevralın 1-də gecə saatlarında şəhərin "Yeddi Günbəz" qəbiristanlığında qeydə alınıb.

Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bışaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev orada ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. O. Hacıyev şübhəli şəxs qismində saxlanlıb.

Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyir. Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR