Şamaxıda usta evdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

Şamaxıda usta evdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb
# 18 avqust 2020 12:33 (UTC +04:00)

Şamaxı rayonunda mənzildən oğurluq edən şəxs tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı şəhəri, H. Cavid küçəsi ev 19A, mənzil 2 ünvanında yaşayan Mamedzadə Mustafa Surxay oğlu rayon polis şöbəsinə müraciət edərək ona məxsus evdən ümumi dəyəri 14 650 manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxs, Ağdam rayonunun Muradbəyli kəndindən olan məcburi köçkün, Şamaxıda yataqxanada məskunlaşan, 1995-ci il təvəllüdlü Nağıyev Ruslan Sərdar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, usta kimi həmin evdə istilik sistemini təmir edərkən yataq otağından qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR