Samuxda evdən oğurluq edən keçmiş məhkum tutulub

Samuxda evdən oğurluq edən keçmiş məhkum tutulub
# 30 aprel 2021 12:30 (UTC +04:00)

Samuxda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də rayon ərazisindəki evlərin birindən 6500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qazax şəhər sakini, əvvəllər məhkum olunmuş F.Məmmədova saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR