Səhiyyə Nazirliyi: Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb

Səhiyyə Nazirliyi: Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb
# 04 sentyabr 2020 14:48 (UTC +04:00)

Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.

APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, hadisə nəticəsində maşınlardan birində olan uşaq xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR