Şirvanda COVİD-19 virusuna yoluxan şəxs evini tərk edərkən saxlanılıb - FOTO

Şirvanda COVİD-19 virusuna yoluxan şəxs evini tərk edərkən saxlanılıb - <span class=FOTO'>
# 25 aprel 2021 12:12 (UTC +04:00)

Şirvanda evini tərk edən COVİD-19 virusuna yoluxan şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini 1984-cü il təvəllüdlü Abdullayev Amid Rəhman oğlu yaşadığı Energetik küçəsi 9 mənzil 18 mənzili tərk etdiyindən polis tərəfindən saxlanılıb. Xüsusi mühafizə  geyimində olan polis əməkdaşları təcili yardım vasitəsi ilə onu yaşadığı mənzilə qaytarıblar. Polis əməkdaşları tərəfindən həmin şəxslə profilaktik söhbətlər aparılıb, ona izah edilib ki, bu hərəkətləri ilə o, digər sağlam şəxsləri yoluxdurmaqla virusun yayılmasına risklər yaradır.

Faktla bağlı polis şöbəsində tədqiqat başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR