Şirvanda atlını yük maşını vurub

Şirvanda atlını yük maşını vurub
# 11 sentyabr 2020 22:21 (UTC +04:00)

Şirvanda avtomobil atlı gənci vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-Salyan magistral yolunda qeydə alınıb.

At belində mal-qara otaran Sabirabad rayonunun Çiçəkli kənd sakini, 2002-ci il təvəllüdlü Rəfiyev Emin Mahir oğlu yolu keçərkən yük avtomobili onu vurub. 18 yaşlı gənc müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR