Şirvanda intiharın qarşısı alınıb - FOTO

Şirvanda intiharın qarşısı alınıb - FOTO
# 30 aprel 2021 23:52 (UTC +04:00)

Şirvan sakini, 2001-ci il təvəllüdlü oğlan özünü Kür çayının üzərindəki körpüdən suya atıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, son anda dəmir parçasından yapışan gənci kəndir vasitəsilə sudan xilas etmək mümkün olub.

Uzun müddət suda qalan şəxs Təcili Tibbi Yardım Xidməti tərəfindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Şirvan Polis şöbəsinin əməkdaşları cəlb olunub.

Hüquq-mühafizə orqanları gəncin intihara cəhd etmə səbəbini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR