Şirvanda qadın meyiti tapılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1965-ci il təvəllüdlü Babayeva Sevan Adil qızının meyiti yaşadığı Nərimanov küçəsi, 1 mənzil 7 ünvanında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.
Ölümün səbəbi ekspertizanın nəticələrindən sonra müəyyənləşəcək.
Faktla bağlı araşdırma aparılır.