Şirvanda yataqxanada yanğın olub, 2 və 5 yaşlı iki qardaş ölüb - YENİLƏNİB

Şirvanda yataqxanada yanğın olub, 2 və 5 yaşlı iki qardaş ölüb - YENİLƏNİB
# 30 avqust 2020 09:04 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, Şirvan şəhərində yataqxanada yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Şirvan şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 12 m² olan birotaqlı mənzildə 1 ədəd divan yanıb.

Yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil sahibinin övladları, 2015-ci il təvəllüdlü Vəliyev Eldar Pünhan oğlu və 2018-ci il təvəllüdlü Vəliyev Araz Pünhan oğlu tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən xəstəxanaya aparılıb və hər ikisi orada vəfat edib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Saat 02:03

Şirvan şəhərində yataqxanada yanğın baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə H.Əliyev prospekti, 1 ünvanında yerləşən yataqxanada qeydə alınıb.

Hadisəyə səbəb mənzillərdən birində divanın yanması olub. Evdə olan 2 yaşlı Araz Pünhan oğlu Vəliyev və 5 yaşlı Eldar Pünhan oğlu Vəliyev tüstüdən boğularaq ölüblər.

Azyaşlıların meyitləri müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR