Siyəzən sakini dəm qazından boğularaq ölüb

Siyəzən sakini dəm qazından boğularaq ölüb
# 16 noyabr 2020 09:27 (UTC +04:00)

Siyəzəndə dəm qazı bir nəfərin həyatına son qoyub.

APA –nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzənin Xətai küçəsində qeydə alınıb. Siyəzən rayon sakini, 1970-ci il təvəllüdlü Kərimova Arzu Hüseyn qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq dünyasını dəyişib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR