Siyəzəndə bir otaqda 22 şagirdə dərs keçən repetitot aşkar edilib

#
# 11:41
17 aprel 2021

Siyəzəndə karantin qaydalarını pozan şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan APA-ya verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman, repetitor fəaliyyəti ilə məşğul olan rayon sakini Vüqar Abdullayevin karantin qaydalarını pozması halı aşkar edilib. Belə ki, həmin şəxsin 22 şagirdlə bir otaqda dərs keçməsi müəyyən edilib. 

Polis əməkdaşları tərəfindən V.Abdullayevin törətdiyi qanunazidd hərəkətin qarşısı alınıb, yeniyetmələr isə ailələrinə təhvil verilərək, valideynlərə övladlarının səhhəti ilə bağlı münasibətdə məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

V.Abdullayev barədə Siyəzən Rayon Polis Şöbəsi tərəfindən qanunamüvafiq tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR