Şəkidə 6 tona yaxın narkotik vasitə məhv edilib

Şəkidə  6 tona yaxın narkotik vasitə  məhv edilib
# 27 iyul 2020 11:03 (UTC +04:00)

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri  əməliyyat tədbirləri nəticəsində rayonun Öyrət kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, ümumi çəkisi 5 ton 600 kiloqram olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR