Şəkidə azyaşlını ilan sancıb

Şəkidə azyaşlını ilan sancıb
# 19 iyul 2020 22:57 (UTC +04:00)

Şəki rayonunda 5 yaşlı uşağı ilan sancıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saat 21:00 radələrində rayonun Baş Zəyzid kənd sakini, 2015-ci il təvəllüdlü Nicat Kamran oğlu İsgəndərov sol ayağının topuq nahiyəsindən ilan sancması xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Azyaşlını yaşadığı evin həyətyanı sahəsində ilan sancdığı məlum olub. N.İsgəndərova xəstəxanada lazımi tibbi yardım göstərilib. Vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirməsi üçün paytaxtdakı xəstəxanaların birinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR