İyulun 16-sı axşam saat 20:30 radələrində Şəkinin Daşbulaq kəndinin inzibati ərazisinə bitişik dağlıq yaylaq ərazidə yanğın baş verib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, yanğın genişlənərək 150 hektar ərazini bürüyüb.
Yanğın nəticəsində ərazidəki kol-kos, quru ot və xırda ağaclar yanıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 30-a yaxın şəxsi heyəti və müvafiq qurumlar və yerli sakinlər cəlb edilib.
Yanğının yaxınlıqdakı meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.