Şəmkirdə avtomobil, Tovuzda ev yanıb

Şəmkirdə avtomobil, Tovuzda ev yanıb
# 21 aprel 2021 04:18 (UTC +04:00)

Şəmkir rayonunun Yeniabad kəndində "VAZ" markalı minik avtomobili yol kənarına aşıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb.

APA FHN-in saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Tovuz rayonunun Dönük Qırıqlı kəndində isə ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 45 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR