Şəmkirdə avtomobil qaçıran şəxs saxlanılıb

Şəmkirdə avtomobil qaçıran şəxs saxlanılıb
# 28 may 2020 11:24 (UTC +04:00)

Mayın 26-da axşam saatlarında Şəmkir rayon Keçili kənd sakini Pərvin Quliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmkəndlisi Sənan Məmmədlinin onun başına taxta parçası ilə vuraraq, “Daweoo Nexia” markalı avtomobilini qaçırdığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində S. Məmmədli qaçırdığı avtomobil ilə rayon ərazisində saxlanılaraq RPŞ-yə gətirilib. Saxlanılan şəxs ifadəsində hadisəni içkili halda törətdiyini, avtomobili qaçırmaq fikrinin olmadığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR