Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, 5 nəfər xəsarət alıb

Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, 5 nəfər xəsarət alıb
# 23 avqust 2020 14:06 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yasamal adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2104” markalı minik avtomobili ilə TIR markalı yük maşını toqquşub.

Qəza nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR