Şəmkirdə zəncirvari yol qəzası olub, xəsarət alanlar var - FOTO

Şəmkirdə zəncirvari yol qəzası olub, xəsarət alanlar var - FOTO
# 09 iyul 2020 11:11 (UTC +04:00)

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Hyundai”, “Mercedes” markalı minik maşınları “Ford Tranzit”lə toqquşub. Qəza zamanı rayonun Zəyəm Cırdaxan kənd sakinləri – 1975-ci il təvəllüdlü Məmmədov Malik Fəzail oğlu, 1965-ci il təvəllüdlü İsayev Əlif Naib oğlu və 1984-cü il təvəllüdlü Həsənova Amilə Telman qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım birqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR