Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda polis postları qurulacaq

Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda polis postları qurulacaq
# 19 iyun 2020 17:56 (UTC +04:00)

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeronda polis postları qurulacaq.

Bu barədə APA-ya açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O qeyd edib ki, adıçəkilən şəhər və rayonlarda postlarla yanaşı polis naryadları da gücləndirilmiş rejimdə faəliyyət göstərəcək.

Qeyd edək ki, Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.

Qərara əsasən, sərt karantin rejimi i21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR