Sumqayıt sakinindən narkotik götürülüb

Sumqayıt sakinindən narkotik götürülüb
# 31 oktyabr 2020 14:21 (UTC +04:00)

Sumqayıt sakinindən narkotik vasitələr götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini R.İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 104 qramdan artıq heroin və 2 kiloqrama yaxın tiryək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR