Sumqayıtda avtomobil aşıb, xəsarət alanlar var

Sumqayıtda avtomobil aşıb, xəsarət alanlar var
# 21 avqust 2020 13:46 (UTC +04:00)

Bakı-Quba yolunda avtomobil idarəetmədən çıxaraq aşıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə magistralın Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsinə düşən hissəsində qeydə alınıb. Belə ki, Qubadan Bakıya gələn 99 CT 709 dövlət nömrə nişanlı "Mitsibushi" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobili aşırıb. Qəza zamanı sürücü, Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Molgif Rəhimov və avtomobildə olan sərnişin xəsarət alıb. Onlar yaxınlıqda olan şəxslərin köməkliyi ilə maşından çıxarılıb və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar. Minik vasitəsi yararsız hala düşüb.

Qəzaya səbəb kimi sürət həddinin aşılması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR