Sumqayıtda avtoxuliqanlıq edən şəxslər həbs edilib

#
# 21:08
14 aprel 2021

Sumqayıt şəhərində bulvar ərazisində avtoxuliqanlıq edən şəxslər həbs edilib.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər sakinləri Emil Əkbər oğlu Əsgərov və Murad Əli oğlu Məlikməmmədli Sumqayıt şəhər Polis idarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onların hər ikisi barəsində toplanan materiallar Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

Murad Məlikməmmədli 20 sutka, Emil Əsgərov isə 15 sutka həbs edilib. 

Hər iki şəxs 1 illik sürücülük hüququndan məhrum ediliblər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR