Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub

Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub
# 20 avqust 2020 02:11 (UTC +04:00)

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, ümumi sahəsi 80 m² olan mənzilin eyvanının yanar konstruksiyaları 6 m sahədə və su qızdırıcısı qismən yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR