Sumqayıtda klinikanın zirzəmisində meyit tapılıb

 Sumqayıtda klinikanın zirzəmisində meyit tapılıb
# 01 noyabr 2020 19:35 (UTC +04:00)

Sumqayıtda naməlum kişi meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarında Sumqayıt şəhərində fəaliyyət göstərən “Hippokrat” tibb klinikasının zirzəmisində çürüməyə məruz qalmış kişi meyiti aşkar edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR