Sumqayıtda narkotik ilə saxlanılan şəxsin evində odlu silah aşkarlanıb

Sumqayıtda narkotik ilə saxlanılan şəxsin evində odlu silah aşkarlanıb
# 14 noyabr 2020 14:23 (UTC +04:00)

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 600 qrama yaxın marixuana, yaşadığı H.Z.Tağıyev qəsəbəsindəki evə baxış zamanı isə  oradan 1 kiloqrama yaxın marixuana, 45,730 qram həşiş, 1 ədəd elektron tərəzi, 1 ədəd müvafiq sənədləri olmayan, nömrəsi və markası bilinməyən ov tüfəngi, 35 ədəd patron və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR