Sumqayıtda velosipedçilərə qarşı reyd keçirilib - FOTO

Sumqayıtda velosipedçilərə qarşı reyd keçirilib - <span class=FOTO'>
# 12 avqust 2020 10:36 (UTC +04:00)

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədi ilə reyd keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan, dəbilqədən istifadə etməyən velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb, bu formada hərəkət etmələrinin təhlükəli olduğu bildirilib.

Qaydalara əməl etməyən velosipedçilər barəsində inzibati protokol tərtib edilərək cərimələniblər.

Reyd zamanı, həmçinin ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişinlər də aşkarlanıb. Və onlar barəsində də qanunvericilik çərçivəsində tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR