"Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların ilk günündə uğurla çıxış ediblər

"Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların ilk günündə uğurla çıxış ediblər
# 24 avqust 2020 17:38 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların ilk günündə uğurla çıxış ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə güclərini sınayıblar.

Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 şərti hədəfi məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR