Tovuzda avtomobilin vurduğu piyada xəsarət alıb

Tovuzda avtomobilin vurduğu piyada xəsarət alıb
# 26 may 2020 21:15 (UTC +04:00)

Tovuzda yol qəzası zamanı piyadanı avtomobil vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qala Qapıları adlanan ərazisində (rayonun girişində) qeydə alınıb.

Avtoqəza zamanı "Lada Priora" markalı minik maşını Tovuz rayonunun Alakol kənd sakini, 2000-ci il təvəllüdlü Rüstəmov Amil Elman oğlunu vuraraq ona xəsarət yetirib. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR