Tovuzda yol çəkilişi zamanı qaz borusu partlayıb, yaralılar var - FOTO

Tovuzda yol çəkilişi zamanı qaz borusu partlayıb, yaralılar var - FOTO
# 20 iyun 2020 16:52 (UTC +04:00)

Tovuz rayonunda yol çəkilişi zamanı qaz borusu partlayıb, yaralılar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Xatınlı kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, yol çəkilişi zamanı qaz borusu partlayıb. Hadisə nəticəsində 1957-ci il təvəllüdlü, Tovuz rayon Düz Cırdaxan kənd sakini Məhərrəm Süleymanov və 1966-cı il təvəllüdlü, Bakı şəhər sakini Sənan Qarayev xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. M. Süleymanovun vəziyyəti ağır, S. Qarayevin vəziyyəti isə orta ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR