Tovuzda yol qəzasında ana və 2 övladı xəsarət alıb

Tovuzda yol qəzasında ana və 2 övladı xəsarət alıb
# 02 sentyabr 2020 23:24 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Ayıblı kəndində qeydə alınıb.

İki minik maşınının toqquşması zamanı 1970-ci il təvəllüdlü Nağıyev Sultan Qarakişi oğlu ,1980-ci il təvəllüdlü Nağiyeva Rəna İsbi qızı və onun övladları - 2018-ci il təvəllüdlü Nağıyev Elmir Sultan oğlu və 2016-cı il təvəllüdlü Nağıyev Elnur Sultan oğlu xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR