Tərtər sakinini şantaj edən şəxslər tutulub

Tərtər sakinini şantaj edən şəxslər tutulub
# 06 iyul 2020 13:13 (UTC +04:00)

Tərtər sakinini sosial şəbəkədə rüsvay edəcəkləri ilə bağlı hədə-qorxu gələn şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan bir nəfər cari ilin yanvar ayından iyun ayınadək olan müddətdə həmyerlisi H.Əsədova və Goranboy rayon sakini K.Bayramovun onu sosial şəbəkədə rüsvay edəcəkləri ilə hədə-qorxu gəlib 500 manatını aldıqlarını bildirib.

Faktla əlaqədar Tərtər RPŞ-də Cinayət Məcəlləsininin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR