Ucarda avtomobil piyadanı vuraraq öldürüb

Ucarda avtomobil piyadanı vuraraq öldürüb
# 25 iyul 2020 09:18 (UTC +04:00)

Ucar rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında rayonun Azərbaycan küçəsində qeydə alınıb. Rayon sakini, 1990-cı il təvəllüdlü Şamxal Tahir oğlu İsmayılov idarə etdiyi minik avtomobili ilə 1955-ci il təvəllüdlü Yaşar Əşrəf oğlu Xəlilovu vurub. Y. Xəlilov Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. O, aldığı xəsarətlərdən xəstəxanada keçinib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR