Ucarda avtoxuliqanlıq edən şəxs tutulub

Ucarda avtoxuliqanlıq edən şəxs tutulub
# 25 avqust 2020 16:17 (UTC +04:00)

Ucarda avtoxuliqan tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin Ucar Rayon Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində 99 LP 636 dövlət nömrə nişanlı “VAZ-21011” markalı minik maşını ilə avtoxuliqanlıq edən rayonun Küçəkənd kənd sakini, 1994-ci il təvəllüdlü Nurlan İlham oğlu Əsgərov saxlanılıb.

N. Əsgərovun sükan arxasında sərxoş olduğu üzə çıxıb.

Sərxoş sürücü 15 gün müddətinə həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR