Ukrayna vətəndaşı Balakəndə sükan arxasında ölüb

Ukrayna vətəndaşı Balakəndə sükan arxasında ölüb
# 18 avqust 2020 10:46 (UTC +04:00)

Ukrayna vətəndaşı Balakəndə sükan arxasında ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, 1957-ci il təvəllüdlü Zakir Həzrətəli oğlu Vəliyev “Mercedes” markalı, 08 BX 742 dövlət nömrə nişanlı minik avtomobil ilə Balakən-İtitala avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı kolluğa girib. Hadisə yerinə gələn həkim briqadasının apardığı müayinə zamanı Z. Vəliyevin ürək tutmasından öldüyü məlum olub.

Qeyd edək ki, Z. Vəliyev Balakən rayonun İtitala kəndində doğulub. Uzun illərdir Ukrayna Respublikasında yaşayırdı və oranın vətandaşı idi. Z. Vəliyev son bir neçə ay idi ki, doğulduğu İtitala kəndində müvəqqəti qeydiyatda idi.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR