XİN-in Konsulluq İdarəsinin həbsdə olan sabiq rəisinin məhkəməsi olub - YENİLƏNİB-1

XİN-in Konsulluq İdarəsinin həbsdə olan sabiq rəisinin məhkəməsi olub - YENİLƏNİB-1
# 22 sentyabr 2020 17:12 (UTC +04:00)

Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxılıb.

APA-nın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunmayıb.

Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

***

saat 15:40

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov məhkəməyə gətirilib.

APA-nın məlumatına görə, hazırda Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə F. Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxılır.

***

saat 10:42

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət verib.

APA-nın məlumatına görə, onun vəsatətinə bu gün Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında baxılacaq.

Qeyd edək ki, F.Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR