Xaçmazda maşın aşıb, xəsarət alan var - FOTO

Xaçmazda maşın aşıb, xəsarət alan var - FOTO
# 14 sentyabr 2020 18:43 (UTC +04:00)

Bu gün Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1992-ci il təvəllüdlü Baba Abdulov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İdarəetməni itirərək aşan avtomobil daha iki maşına ziyan vurub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR