Xızıda fəhlənin yol çəkilişi zamanı ölməsi faktına görə cinayət işi başlanıb

Xızıda fəhlənin yol çəkilişi zamanı ölməsi faktına görə cinayət işi başlanıb
# 27 avqust 2020 17:12 (UTC +04:00)

Avqustun 27-i saat 11.00 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 6 saylı xüsusi təyinatlı yol idarəsi tərəfindən Bakı-Rostov avtomobil yolunun 60-cı kilometrliyində tikililərə betonvuran pompa ilə beton tökərkən borunun partlaması nəticəsində fəhlə işləyən 1967-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İlqar Bəylərov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri səbəbindən müalicə olunduğu xəstəxanada ölüb.

Xızı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, fakta görə Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır. Hadisə yeri prokuror-kriminalistin iştirakı ilə müayinə edilmiş, hadisənin şahidləri müəyyən edilərək dindirilmiş, o cümlədən digər təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. İş üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR