Yeniyetmə qohumu ilə birlikdə evdən qızıl oğurlayan Astara sakini saxlanılıb

Yeniyetmə qohumu ilə birlikdə evdən qızıl oğurlayan Astara sakini saxlanılıb
# 09 noyabr 2020 10:35 (UTC +04:00)

Astara şəhər sakini A.Məmmədov polisə müraciət edərək ona məxsus yaşayış evindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən “isti izlərlə” keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətməkdə şübhəli bilinən şəxslərin Astara şəhər sakini R.Əlizadə və onun yetkinlik yaşına çatmayan qohumu olduğu müəyyən edilib. Oğurlanmış qızıl-zinət əşyaları onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Hazırda həmin şəxslərin digər bu kimi cinayət əməllərində iştirak edib-etməməsinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR