Yevlaxda baba ehtiyatsızlıqdan dəryazla 13 yaşlı nəvəsinin ayağını kəsib

Yevlaxda baba ehtiyatsızlıqdan dəryazla 13 yaşlı nəvəsinin ayağını kəsib
# 05 iyul 2020 01:20 (UTC +04:00)

Yevlaxda bədbəxt hadisə baş verib.

Yevlaxda baba ot kəsən mexaniki dəryazla ehtiyatsızlıqdan nəvəsinin ayağını kəsib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Əkşəm kəndində qeydə alınıb.

Sol ayaq nahiyəsinin topuq hissəsindən xəsarət alan 2007-ci il təvəllüdlü Nurlan Bəkirov xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı klinikalardan birinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR