Yevlaxda evdə partlayış olub, xəsarət alan var

Yevlaxda evdə partlayış olub, xəsarət alan var
# 19 iyun 2020 18:57 (UTC +04:00)

Yevlaxda mənzildə partlayış olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Xaldan qəsəbəsində qeydə alınıb. 1973-cü il təvəllüdlü Rəsulov Məharət Mehralı oğlu yaşadığı evə daxil olarkən yanğınla müşayiət olunan partlayış baş verib. Nəticədə 26 kv/m sahəsi olan evin 12 kv/m sahəsi yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb və yanğın söndürülüb.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Yanıq xəsarətləri alan yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR