Yevlaxda motoroller aşıb, sürücü xəsarət alıb

Yevlaxda motoroller aşıb, sürücü xəsarət alıb
# 14 iyul 2020 07:45 (UTC +04:00)

Yevlaxda baş vermiş yol qəzası zamanı motoroller aşıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Salahlı kəndi yaxınlığında baş verib.

İdarəetmədən çıxan "Muravey" markalı motorollerin aşması nəticəsində müxtəlif bədən xəsarətlər alan 1990-cı il təvəllüdlü Aran qəsəbəsi sakini Əliyev Füzuli Nemət oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR