Yevlaxda velosipedçini avtomobil vurub

Yevlaxda velosipedçini avtomobil vurub
# 24 sentyabr 2020 09:34 (UTC +04:00)

Yevlaxda avtomobil velosipedçini vuraraq ağır xəsarət yetirib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Xaldan-Xanabad avtomobil yolunun Xanabad kəndi istiqamətində baş verib. Ağır xəsarət olan velosipedçi, 1956-cı il təvəllüdlü rayon sakini Məmmədov İlham Hümbət oğlu ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Komatoz vəziyyətdə olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR