Yevlaxda yol qəzası baş verib, xəsarət alanlar var

Yevlaxda yol qəzası baş verib, xəsarət alanlar var
# 15 sentyabr 2020 20:59 (UTC +04:00)

Yevlaxda iki avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Balçılı kəndi istiqamətində baş verib.

"VAZ" markalı iki minik maşınlarının toqquşması nəticəsində 1990-cı il təvəllüdlü rayon sakini Kərimov Babək Əkbər oğlu və 1998-ci il təvəllüdlü Cəfərov Mehman Qəhrəman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR